“Səidə mənim statusumda olan müğənni deyil" - Tolik

“Səidə mənim statusumda olan müğənni deyil" - Tolik
MAQAZİN
14:57 06.06.2017
1429
Tolik "Orda hamı bir-birini söyür..”
 
Produser Tarix Əliyev ( Tolik) "Maşın” şou ilə bağlı sirrin üstün açıb. AZXEBER.COM- a açıqlama verən produser şouda təhqiramiz ifadələrin işləndiyini bildirib. "Mən Maşın şoudan gedəndə abırlı getmək istədim. Mən istəmədim ki, camaat desin ki abırsızsan. Şükür Allaha mənim maşınım var. Qazancım da pis deyil. Maşından tutub, həyasızqlıq edən deyiləm. Orda hamı biri- birini söyür. Çünki insanlar orda nələrin baş verdiyini bilmir.”
 
 
Tolik şouda kimləri dəstəklədiyini də deyib : "Maşın şouda İslamı, Vüqar Vüqarlını dəstəkləyirəm. Aqili də dəstəkləyirdim , amma Kənan gedəndən sonra dəstəkləmirəm. Ordakı qadınlar yalnız gündəm qazanmaq üçün ora gedib. Kişilərin də bəziləri yaxşıdır. Çox insan deyir Elcan kasıbdır. Sağlığına qismət Elcanın 80 minlik maşını var. Biraz yazıq kimi dayanan insanlara deyirlər yazıqdır.”
 
Tolik müğənni Səidə Sultan haqqın da isə bunları deyib. "Səidə mənim statusumda olan insan deyil. Mənim dalımca danışdığına görə sadəcə incidim.”
 
 
Qeyd edək ki, produser Tolik "Maşın” şou da öz istəyi iləəlin götürərək uzaqlaşıb.
 
 
Nazim Qasımzadə
 
OXŞAR XƏBƏRLƏR