Səidə Sultan: "Bu aləmə təzə girənlər, camaatın zakslı ərinə göz qoyur"

Səidə Sultan: "Bu aləmə təzə girənlər, camaatın zakslı ərinə göz qoyur"
MAQAZİN
14:16 15.01.2024
177

"Bəzi ifaçılar toylara başqalarının ərini ələ keçirmək üçün gedirlər".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Səidə Sultan canlı efirdə qonaq olan zaaman səsləndirib.

ARB kanalında "Günaydın Azərbaycan” səhər şousuna qatılan müğənni həmkarlarının ünvanına ittihamlar səsləndirib:

"Ailə dağıdan qadınlara pis baxıram. Kiminsə zakslı ərinə göz qoymaq yaxşı hərəkət deyil. Bəzən kişilər qızları aldadır, arvadım xəstədir, boşanıram. Elə ki, yalan olduğunu anladın, sağollaşmaq lazımdır. Bu aləmə təzə girənlər var, camaatın ailəsinə göz tikirlər və o kişilərin sayəsində indi gəlib burda oxuyurlar. Elə bilir öz hörmətidi. Amma o kişinin sayəsindədir hamısı. Elə eləməsinlər ki, efirdən ifşa edim, bütün Azərbaycanla bərabər biabır olsun”.

Səidə ad çəkmədən həmkarına göz dağı verib:

"Adını hələki çəkmirəm, özü bilir kimdir. Mənlə özünü tay tuta bilməzsən. Sən "sex” müğənnisisən, mənlə bir ola bilməzsən. Bizi eyni tərəzidə görmə, sən hara, mən hara. Səni çox pis qaralaya bilərəm, ona görə də yerivi bil”.

Aysel

 

 

OXŞAR XƏBƏRLƏR