ATV-də yayımlanan "Maşın" şounun ən qalmaqallı iştirakçısı olan Səidə Sultan şou haqda danışıb.
AZXEBER.COM xəbər verir ki, dünənki buraxılışda şounu tərk edən müğənni sükutu pozub. Müğənni şouda qazandıqlarının çox olduğunu bildirib: "Düzünü desəm dünən gözləmirdim səs vermədə olam. Mən də orda bəziləri kimi xəbərdarlıq edə bilmədim ki, hazır olun. Bu bir mübarizədir. Mən oyunumu oynayıb, qalib olmuşam. Bu şouda qazandıqlarım çox oldu. Oyunumu təmiz və dürüst oynadım. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm”.
Səidə Sultan oyundan getməsini daha məsləhətli olduğunu vurğuılayıb.
"Çıxmağım ən məsləhətli idi. Bir az da qalsaydım onu dəqiq bilirəm ki, dəli olardım. Hamıya şamil etmirəm, mən orda dürüst insan tapa bilmədim. Hamı bir-birindən hovlu gəzir. Bəzi kişilər də elə bil mən kişi idim, mənimlə başa- baş gedirdilər. Mən insanlardan sevgini qazandım. Orada olanlar görüm nə qazanacaqlar. Kiminsə sayəsində yox, öz sayələrində”
Səidə oyunda ona aktrisa deyən rejissor Aqil Quliyev haqqında isə bunları deyib.
"Aqil guya sətraltı mənə söz deyir. Get öz yaşayışın olan dələduzluqdan danış. Camaat çörəyi qulağına yemir. Mən tək canıma bir neçə iştirakçı ilə mübarizə apardım. Onlar məni zərif cinsin nümayəndəsi deyil, özləri kimi kişi nümayəndəsi görürdülər”
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM