Şəkər xəstələri üçün pulsuz olan insulin niyə pul ilə satılır?

Şəkər xəstələri üçün pulsuz olan insulin niyə pul ilə satılır?
SAĞLAMLIQ
15:38 25.09.2018
6721

Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin iynələri və striplərlə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.

Hər ay şəkər xəstələri qeyddiyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək su-hava kimi vacib olan  dərmanını bəziləri ala bilsədə əksəriyyəti ala bilmir.

Qeyd edək ki, diabetli xəstə kimi dövlət qeydiyyatına durmayan xəstələrə pulsuz dərman verilmir. Nəzərə alsaq ki, əhalinin imkanlı təbəqəsi özəl klinika və həkimlərdən müayinədən keçərək, dərmanları apteklərdən özləri alır, o zaman dövlətin pulsuz dərman payına möhtac təbəqə imkansız və təqaüddə olan yaşlı insanlardır.

AZXEBER.COM XALQ.AZ-a istinadən xəbər verir ki, artıq bir neçə  aydır ki, pulsuz diabet dərmanları və insulinin verilməsində və şəkər ölçən aparatının verilməsində ciddi problemlər yaşanır. Redaksiyamıza daxil olan şikayət, sosial şəbəkələrdə getdikcə artan rəylər, statuslar, həmçinin saytın əməkdaşının ailə üzvlərinin də analoji problemlə üzləşməsi onu deməyə əsas verdi ki, Azərbaycanda diabet xəstələrinin dövlət proqramı çərçivəsində pulsuz dərmanlarla və şəkər ölçən cihazın təminatında ciddi problemlər var.

Polikninikalara dərmanlar zamanında , ərazi üzrə qeydiyyatda olan diabet xəstələrinin sayına uyğuna çatışmır. Həkimlər xəstə sayına görə dərman gəlmədiyini bildirir.Dərman dozalarında azalma var: 2 qutu insulin alan xəstəyə 1 qutu, 2 qutu preparat alana biri verilir. Elə xəstələr var dərman ümumiyyətlə çatmır. Şəkər ölçən cihaz üçün isə heç bir müraciətə baxılmır. Diabet xəstələri hər gün qanda şəkəri aparatla ölçür. Bu onlar üçün həyati vacibdir. Bu aparat üçün lazım olan testlər – striplər əvvəllər az da olsa verilirdi. İndi xəstə aptekdən  test qutusunu baha qiymətə alır. Xatırladaq ki, nazirlik tərəfindən xəstələrə paylanan aparatlara yalnız bu testlər uyğundur. Bir müddət əvvəl bu striplər apteklərdən yoxa çıxır, sonradan gətirildikdə isə qiymət bahalaşır.

Pasiyent şikayəti: Dəfələrlə qeydiyyatda olduğum polikninikaya müraciət etmişəm ancaq cavabları növbə var zamanınız çatanda veriləcək. Diğər şikayətçi bildirir ki, ağır xəstəyəm insulin çörək əvəzi olub mənim üçün,lakin müraciət edən bildirirlər ki, az gəlib verə bilmirik gedin aptekdən alın.  İnsulinin biri aptekdə 25 manatdır. Bu insulin necə olur aptekə gedib çıxır? Camaatın haqqı olan dərmanı verməyib, apteklərdə satdırırlar.
Adının çəkilməsini istəməyən, poliklinikada dərman verilməsi üzrə çalışan tibbi işçisi bildirdi ki, aprel ayından etibarən elə Səhiyyə Nazirliyindən göstəriş gəlib ki, dərmanları azaldın, çünki bu dərmanları almağa pul yoxdur. Ona görə də həkimin dərmanı qəsdən verməməsi, oğurlaması, satması doğru deyil. Əksinə camaatla üz-üzə qalıb, təhqir olunan da həkimdir.

Digər pasiyent rəyi: Anamın aldığı 2 qutu dərman azaldıldı, 1 qutu oldu. Dedilər ki, bundan sonra yarısını dövlət verəcək, yarısını xəstə özü almalıdır. Axı bu xəstənin dərdi təkcə insulinlə bitmir. Bunun təzyiq dərmanı var, qan duruldanı var, digər preparatları var. Əvvəllər 3 flakon idi, sonra oldu 2, indi deyir 1 verirəm, nə istəyirsən et. 30-40 faiz doza azaldıblar. Sabah da deyəcək, heç bu adama insulin lazım deyil.

Qeyd edək ki, poliklinikalarda şəkər xəstələrinə dərman verilməsi prosesi zamanı xəstələrlə həkimlər arasında narazılıq, qarşılıqlı həqarət, mübahisə, hətta təhqirlər belə adi hala çevrilib. Səhər 7-dən günortaya kimi növbəyə duran xəstə, yaşlı, ac susuz adamlara sonda "dərman bitdi” deyilməsi absurd bir haldır.

Nə baş verib ki, diabet xəstələrinin dərmanlarında kəskin azalma, çatışmazlıq yaranıb.

Məsələ ilə bağlı poliklinika rəsmiləri, həkimlər açıqlama verməkdən imtina etdilər. Onlar Səhiyyə Nazirliyinə tabe olduqlarını bildirdilər.

Səhiyyə Nazirliyi Mətbuat xidməti ilə əlaqə yarada bilməsək də,Nazirliyin qaynar xəttində 1 nömrəli operator şikayətimiz dinləyib bildirdi ki,şəkər xəstələri ilə bağlı şəkər ölçən cihaz ölkədə istehsal olunmur və xarici ölkədən gətirilir bu da baha qiymətə olduğu üçün hissə-hissə alınır və xəstələrə növbə ilə verilir. Polikninikalarda qeydiyyatda olan xəstələrin siyahısı var növbə ilə veriləcək, lakin nə zaman məlum deyil. Şikayətçinin  ağır xəstə olduğunu bildirərək şəkərin ölçülməsi vacib olaraq lakin aparat olmadığı üçün dəfələrlə səhhətimdə problemlər yaranıb təcili tibb yardım çağrılıb və cihazın olmamasından şəkərimi dərəcəsini müyyənləşdirə bilmədiyim üçün halım pisləşib  və apteklərdə ödəniş edib yoxlatdırmışam bu hadisə təkrarlana bilər sualına isə operator bildirdi ki polikninikada növbənizə baxın görün siyahıda növbəniz nə zaman çatacaqsa oz zaman sizə cihaz veriləcək .

P.S Səhiyyə Nazirliyində xəstələrdə şəkər qalxması,enməsi və xəstəliyin müalicəsi üçün lazımi tədbirlərin görülməsi siyahıdakı növbə ilə tənzimlənməsi daha məqsəduygün hesab olunur.

Problemlə bağlı əsas  cavablar  sual olaraq qalır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Reuters: Körfəz ölkələri İranın Hörmüz boğazından keçidə görə könüllü ödəniş toplamasına razıdır
19:29 28.07.2026
Reuters: Körfəz ölkələri İranın Hörmüz boğazından keçidə görə könüllü ödəniş toplamasına razıdır
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
19:10 28.07.2026
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
18:57 28.07.2026
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
18:39 28.07.2026
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR