Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA
SAĞLAMLIQ
09:38 08.12.2021
427
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova deyib.

Onun sözlərinə görə, hər gün bölgələrdən bununla bağlı əmiyyətə çoxlu sayda şikayətlər daxil olur.

"Xəstələr son dövrlərdə dərmanların sayının azaldılmasından gileylənirlər. Şəkərli diabetlə mübarizə üzrə 2 cür insulin var. qısamüddətli və uzunmüddətli. Xəstə bunların hər ikisini almalıdır. Amma deyirlər ki, bunlardan birini seçməlisiniz. Belə bir şey ola bilməz. Sonda bu, fəsadların yaranmasına gətirib çıxaracaq və bunun xərcini də yenə dövlət çəkməli olacaq. Çatdırılmada da müəyyən problemlər yaşanır və xəstələr insulini bəzi hallarda vaxtında ala bilmirlər. Nəhayət ən böyük problem keyfiyyətli insulinlərin keyfiyyətsiz insulinlərlə əvəz olunmasıdır" - deyə M.Ömərova qeyd edib.

Səhiyyə Nazirliyindən məsələyə aydınlıq gətirilib. Qurumdan Trend-ə verilən məlumata görə, şəkər dərmanları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alınır və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinə təqdim edilir.

"Dərman preparatlarının xəstələrə paylanması bu müəssisələr tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən yeni hazırlanmış proqram layihəsində şəkərli diabetdən əziyyət çəkən xəstələrə verilən dərmanların adambaşına gündəlik 40 vahid əvəzinə bu rəqəmin 60 vahidə çatdırılması təklif edilib. Qeyd etmək istəyirik ki, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən verilən dərman preparatları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanaraq sertifikat əldə etdikdən sonra vətəndaşların istifadəsi üçün tibb müəssisələrinə paylanılır".

TƏBİB-dən də Trend-ə bildirilib ki, şəkərli diabet xəstəsinə insulin təyini Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Qərarla hər bir xəstə üçün vahid norma müəyyənləşib.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005 ci il tarixli 87 saylı qərarına əsasən hər bir şəkərli diabet xəstəsinə sutkalıq 40 vahid insulin yazılmalıdır. Bu analoq insulinlərdən ayda 4 qələm, digər insulinlərdən isə ayda 1 qələm düşür. Adi insulinləri isə xəstələr aya 1000 vahid, yəni ayda 1 ədəd, 5 aydan bir isə 2 ədəd yəni, 6000 vahid ala bilər. ( 40 vahid 30 gün =1200 vahid ×5 aya = 6000 vahid=5 flakon)" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, son məlumatlara görə, ölkədə şəkərli qeydiyyata alınan diabet xəstələrinin sayı 283 min nəfərdir. Dünyada isə şəkərli diabetdən əziyyət çəkənlər 537 milyon nəfər təşkil edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı