"Şəki" heyətini yeni basketbolçu ilə gücləndirib

"Şəki" heyətini yeni basketbolçu ilə gücləndirib
İDMAN
23:04 22.09.2025
147
"Şəki" heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubdan AZXEBER.COM-a verilən məlumata görə, bölgə təmsilçisi ötən mövsümü "Abşeron"da keçirən Məhəmməd Sadıkovla anlaşıb.

Bununla da "Şəki" transfer çalışmalarını başa vurub. Ötən mövsüm Azərbaycan Basketbol Liqasını 3-cü sırada tamamlayan komanda daha əvvəl Rəşid Abbasov, türkiyəli Dorukhan Kuzu, serbiyalı David Çekiç, amerikalılar – Samir Styuart, Malek Deyvis, Tayland Krouford, Devon Cenkins və Kerard Riçardsonu heyətinə qatıb.
OXŞAR XƏBƏRLƏR