Şəkidə 17 yaşlı yeniyetmə göldə batdı

Şəkidə 17 yaşlı yeniyetmə göldə batdı
SOSİAL
22:34 31.07.2022
301
Şəkidə yeniyetmə göldə batıb.

Hadisə Aydınbulaq kəndində baş verib.

Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Mehdi Mehman oğlu Əzizov Aydınbulaq kəndində "Keşiş gölü" kimi tanınan göldə çimərkən boğularaq ölüb.

Onun meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR