Şəkidə 4 otaqlı yaşayış evi yanıb.
AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, axşam saat 21 radələrində Şəki şəhəri Salman Mümtaz küçəsində Sahid Vahid oğlu Nəsirova məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü 4 oatlı evdə yanğın baş verib.
Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər yaşayış evləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.