Şəkidə 76 yaşlı kişi intihar etdi

Şəkidə 76 yaşlı kişi intihar etdi
14:29 15.06.2012
1553

Azxeber.com-un apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Şəki rayon-şəhər Polis Şöbəsindən (RŞPİ) məlumat verilib. 

Hadisə iyunun 14-dən 15-ə keçən gecə rayonun Bideyiz kəndində qeydə alınıb. Şəki rayon Bideyiz kənd sakini, 1936-cı il təvəllüdlü İsayev Dəmir İsmayıl oğlu özünü yaşadığı evdə asaraq intihar edib.  RŞPŞ-dən bildirilib ki, 76 yaşlı Dəmir İsayev tez-tez ailəsi ilə söhbət zamanı “75 yaşdan sonrakı ömrün ömür olmadığını” vurğulayırmış.  Faktla bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR