Şəkidə baldızlar birləşib, gəlini döydülər - Ciddi xəsarət alıb

Şəkidə baldızlar birləşib, gəlini döydülər - Ciddi xəsarət alıb
SOSİAL
09:59 07.12.2018
2437
Şəkidə 40 yaşlı qadın baldızları tərəfindən döyülüb.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, rayonun Kiş kənd sakini, 1978-ci il təvəllüdlü Mətanət Sabir qızı Nəbiyeva axşam saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə daxil olub. Müayinə zamanı xəstəyə başın küt travması və sağ təpə nahiyyəsinin dərialtı hemotoması diaqnozu qoyulub.

Xəstəxanadan verilən məlumata görə, 40 yaşlı M.Nəbiyeva baldızları tərəfindən döyüldüyünü bildirib. Hazırda xəstə həkim tərəfindən müayinə olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.
 

OXŞAR XƏBƏRLƏR