Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi – 800-dən çox qonaq festivalda iştirak etdi

Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi – 800-dən çox qonaq festivalda iştirak etdi
SOSİAL
14:05 31.08.2026
136
Avqustun 29-da Şəkidə şərab turizminin inkişafına və Azərbaycanın şərabçılıq regionlarının tanıdılmasına həsr olunan "Azerbaijan Wine Tourism Conference: Local Terroir, Global Experience” adlı beynəlxalq konfrans keçirilib.

AZXEBER.com xəbər verir ki, Tədbirdə dövlət qurumlarının, turizm və şərabçılıq sektorunun nümayəndələri, eləcə də Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) ekspertləri iştirak ediblər.

Konfransda şərab turizmi marşrutlarının infrastrukturunun inkişafı, yerli terruar əsasında turizm brendlərinin formalaşdırılması, Azərbaycan şərablarının dünya bazarına çıxarılması və peşəkar kadrların hazırlanması məsələləri müzakirə olunub.

Tədbirin açılışında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov və kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış ediblər.

Qlobal Şərab Turizmi Təşkilatının prezidenti Xose Antonio Vidal şərabçılıq destinasiyalarının beynəlxalq turizm xəritəsində mövqeləndirilməsi ilə bağlı yanaşmalarını təqdim edib. Azərbaycan Turizm Bürosunun qastronomik turizm istiqamətinin rəhbəri Səkinə Əsgərova isə mədəni irsin müasir turizm məhsuluna çevrilməsi imkanlarından danışıb.

Konfrans çərçivəsində şərab turizmində peşəkar təhsilin əhəmiyyəti də müzakirə edilib. GWTO Akademiyasının rəhbəri Fransisko Xavyer Sançes Verdexo beynəlxalq təcrübə və enoturizm sahəsində təhsil imkanları barədə məlumat verib.

Tədbirdə Şəki regionunun şərab turizmi istiqamətində potensialına da xüsusi diqqət ayrılıb. "Sheki Wines” şərab zavodunun idarəedici direktoru Ernest Minqazov "Terruardan turizm brendinə: Azərbaycan şərabının yolu” mövzusunda çıxış edib.

Konfrans zamanı Qlobal Şərab Turizmi Təşkilatının rəsmi sertifikatı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova təqdim olunub.

Şəkidə üzüm yığımı festivalı keçirilib

Konfransdan sonra "Sheki Wines” şərab zavodunun ərazisində "Şəkinin günəşi hər qədəhdə” devizi altında üzüm yığımı mövsümünün başlanmasına həsr olunan festival keçirilib.

Festivalda 800-dən çox qonaq iştirak edib. Tədbir çərçivəsində ilk üzüm məhsulunun qarşılanma mərasimi, konsert proqramı, qədim üzüm yığımı ənənələrini əks etdirən teatrlaşdırılmış yürüş, sənətkarlar yarmarkası, dequstasiyalar və şərab zavoduna ekskursiyalar təşkil olunub.

Gecənin sonunda atəşfəşanlıq nümayiş etdirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Şəki Azərbaycanın mühüm turizm mərkəzlərindən biridir və regiona gələn turistlərin sayı ildən-ilə artır.

"Sheki Wines” şərab zavodunun idarəedici direktoru Ernest Minqazov isə bildirib ki, 2024-cü ildən etibarən zavodu ziyarət edənlərin sayı üç dəfədən çox artıb. Onun sözlərinə görə, müəssisə artıq yalnız istehsal məkanı deyil, həm də xarici turistlərin Azərbaycanla tanış olduğu turizm məkanlarından birinə çevrilib.

Qeyd edək ki, "Sheki Wines”in nəzdində şərab turizmi mərkəzi və Azərbaycanın üzümçülük və şərabçılıq tarixi muzeyi fəaliyyət göstərir. Müəssisəni indiyədək dünyanın 26 ölkəsindən turistlər ziyarət edib.
 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin Qazaxıstan Prezidenti ilə görüşü keçirilir
15:18 31.08.2026
İlham Əliyevin Qazaxıstan Prezidenti ilə görüşü keçirilir
Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib
15:16 31.08.2026
Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib
Bişkek görüşündə hansı məsələlər müzakirə olunacaq? – Politoloqdan açıqlama
15:09 31.08.2026
Bişkek görüşündə hansı məsələlər müzakirə olunacaq? – Politoloqdan açıqlama
Paşinyan yaxasındakı xəritə ilə nə demək istədi?
14:57 31.08.2026
Paşinyan yaxasındakı xəritə ilə nə demək istədi?
Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
14:55 31.08.2026
Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
Kolleclərə qəbul müddəti uzadıldı
14:40 31.08.2026
Kolleclərə qəbul müddəti uzadıldı
Yağıntılı hava bu tarixədək davam edəcək
14:40 31.08.2026
Yağıntılı hava bu tarixədək davam edəcək
Aparıcıdan deputata qədər: Azərbaycanda psixologiyaya maraq niyə artır?
14:37 31.08.2026
Aparıcıdan deputata qədər: Azərbaycanda psixologiyaya maraq niyə artır?
Azərbaycan-Qırğızıstan müttəfiqliyi: Bişkek səfərinin strateji gündəliyi
14:34 31.08.2026
Azərbaycan-Qırğızıstan müttəfiqliyi: Bişkek səfərinin strateji gündəliyi
Gəmi qəzasına görə 9 nəfər hakim qarşısına çıxarıldı
14:20 31.08.2026
Gəmi qəzasına görə 9 nəfər hakim qarşısına çıxarıldı
Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - VİDEO
14:16 31.08.2026
Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi - VİDEO
Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi – 800-dən çox qonaq festivalda iştirak etdi
14:05 31.08.2026
Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi – 800-dən çox qonaq festivalda iştirak etdi
İlham Əliyevin sosial media hesablarında Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
13:57 31.08.2026
İlham Əliyevin sosial media hesablarında Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Sentyabrın ilk günü leysan olacaq
13:38 31.08.2026
Sentyabrın ilk günü leysan olacaq
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir - FOTOLAR
13:25 31.08.2026
İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilir - FOTOLAR
Girnədə baş verən gəmi qəzasına görə 2 azərbaycanlı saxlanıldı - AÇIQLAMA
13:18 31.08.2026
Girnədə baş verən gəmi qəzasına görə 2 azərbaycanlı saxlanıldı - AÇIQLAMA