Şəkidə doqquz gün əvvəl itkin düşən məktəbli tapılıb

Şəkidə doqquz gün əvvəl itkin düşən məktəbli tapılıb
SOSİAL
20:27 23.01.2023
157
Şəkidə doqquz gün əvvəl itkin düşən 17 yaşlı Ramazan Hacıyev Bakı şəhərində tapılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, yanvarın 14-də itkin düşən Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyevin yeri Bakı şəhərində müəyyən olunaraq ailəsinə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR