Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi xəsarət alanların sayı 7 nəfərə çatıb.
AZXEBER.COM-un report-a istinadən məlumatına görə, içərisində ərəb turistlərin də olduğu yol qəzası zamanı xəsarət alan şəxslərin kimlikləri hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
****
Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.
Hələ ki, şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.