Şəkidə icra başçısının adamı dövlətin əmlakını taladı - RƏSMİ FAKT

Şəkidə icra başçısının adamı dövlətin əmlakını taladı - RƏSMİ FAKT
Redaktorun Seçdikləri
16:00 22.09.2016
2682

Hesablama Palatası məmurların əməllərindən prokurorluğa şikayət etdi

AZXEBER.COM xəbər verir ki, Hesablama Palatasının Kollegiyası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki Nümayəndəliyi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək hüquqi əsası olmayan və yalnış məlumatlar əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədlərin hazırlanması səbəbindən dövlətə zərər vurulduğunu nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Qurum eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verildiyini aşkarlayıb.

Bununla yanaşı Palatada Azərbaycanın Tacikistandakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, eləcə də dövlət büdcəsinin yerli xərclərindən Qaradağ rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit nəticələri müzakirə edilib. Audit tədbirləri üzrə Kollegiya qərarlarının layihəsi təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

OXŞAR XƏBƏRLƏR