Şəkidə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Şəkidə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
HADİSƏ
21:17 28.07.2025
277
Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 17 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2107” və "Mitsubishi” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı "VAZ”ın sürücüsü, 63 yaşlı Səxavət Salamov hadisə yerində ölüb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər isə Mingəçevir Şəhər Xəstəxanasına aparılıb.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR