Şəkidə iki nəfəri sahibsiz it dişləyib

Şəkidə iki nəfəri sahibsiz it dişləyib
SOSİAL
23:11 16.03.2018
2449

Şəkidə biri uşaq olmaqla iki nəfəri sahibsiz it dişləyib.

 

Bu gün axşam saatlarında rayonun Çələbixan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Afət Kazımlı sağ budun, rayonun Baş Laysqı kənd sakini, 2011-ci il təvəllüdlü Emil Həmidov isə sağ baldırın it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

 

Müayinə zamanı hər iki şəxs yaşadığı kəndin ərazilərində sahibsiz itin hücumuna məruz qaldığı məlum olub.

 
Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
 
 ///Apa.az
OXŞAR XƏBƏRLƏR