Şəkidə it azyaşlıya hücum etdi

Şəkidə it azyaşlıya hücum etdi
SOSİAL
23:06 01.09.2020
471
Şəkidə it 10 yaşlı uşağa çoxsaylı xəsarət yetirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Şəki şəhər sakini Taleh İbrahimxəlil oğlu Mustafayev bədəninin çoxsaylı it dişləməsi və cırılmış yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, T.Mustafayevə şəhər ərazisində it hücum edərək ona xəsarət yetirib. T.Mustafayevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub.

T.Mustafayevin müalicəsi xəstəxanada davam etdirilir.
OXŞAR XƏBƏRLƏR