Şəkiyə gələn turistlərin diqqətini cəlb edən "Bio-Garden"dən - FOTOLAR

Şəkiyə gələn turistlərin diqqətini cəlb edən "Bio-Garden"dən - FOTOLAR
SOSİAL
15:06 19.07.2019
6789
22 iyul - Milli Mətbuat günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Dövlət Aqrar Ticarət Şirkəti"nin təşkilatçılığı ilə Şəkiyə media-tur baş tutub. 
 
AZXEBER.COM xəbər verir ki, tur Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində "Aqrar sektorda müasir trendlər" mövzusunda seminarla başlayıb. DAİM-in rəhbərliyi Şəkiyə təşrif buyurmuş jurnalistlərə mərkəz haqda geniş məlumat verib: 

"Şəki Azərbaycanın böyük kənd təsərrüfatı rayonlarından biridir. Şəki DAİM Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumlarla sıx əlaqədədir. Qurumun əsas iş prinsiplərindən biri fermerlərlə yaxın əlaqənin qurulmasıdır. Biz hər ay kəndlərdə fermerlərlə görüşlər keçiririk. Hər bir fermerin elektron qaydada qeydiyyatı aparılır. Nazirlik və başqa qurumlar tərəfindən ayda 2-3 dəfədən az olmayaraq əkinçilik, heyvandarlıq və s. sahələrlə bağlı təlimlər təşkil edilir. DAİM tərəfindən fermerlərin maarifləndirmə sərgilərinin təşkili də həyata keçirilir. Ümumilikdə DAİM 40-dan artıq xidmət növü üzrə fəaliyyət göstərir. Bütün xidmətlər həm xidmət göstərmək, həm də məlumat vermək xarakteri daşıyır"
 
Daha sonra tur Şəkinin Ovqat kəndində fermer Etibar Nuriyevə məxsus dillərə dastan olacaq olan "Bio Garden" adlı bağına baş tutdu. Dünyanın dörd bir yanını gəzdiyini deyən Etibar Nuriyev bu bağın MDB-də ilk olduğunu deyib:
 
"Bağımızın ilk qonaqlarından birisiz. Bu bağı yaratmazdan öncə dünyanın bir çox ölkələrin gəzib, bəzi biliklər topladım. Uzun illər bu layihə üzərində işlədik və bu ildən etibarən turistlərin ixtiyarına verdik. Bağımızda spirtli içkilərdən istifadəyə qadağa qoyulub. İstəyirik ki, bu bağda hər kəs sağlam qidalansın. Yerli turistlərin bu gördüyünz bağa daxil olmasıl 5 azn, xarici turistlər üçün isə 8 AZN-dir. Turistlər bağı gəzib istədikləri qədər ağacdan meyvələr dərə bilərlər. Dərə bilməyənlər isə müəyyən qədər ödəniş edib apara bilər". 
 
Bağı gəzən jurnalistlər turun sonunda xatirə şəkli çəkdirərək, Bakıya dönüblər. 










OXŞAR XƏBƏRLƏR