Şəkidə mikroavtobus aşdı: Xəsarət alanlar var

Şəkidə mikroavtobus aşdı: Xəsarət alanlar var
SOSİAL
16:07 03.01.2023
153

Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub.

"Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes-Benz” markalı mikroavtobus öncə "Toyota Prius” markalı minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR