Şəkidə müəmmalı olay - Bir ayda üç gənc özünü eyni yerdə asdı

Şəkidə müəmmalı olay - Bir ayda üç gənc özünü eyni yerdə asdı
DÜNYA
23:05 10.10.2022
843
Şəki şəhərində son bir ayda üç gənc intihar edib.

AZXEBER.COM News24.az-a istinadən verir ki, sonuncu intihar oktyabrın 9-na keçən gecə baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Sayiq Səbuhi oğlu Sayiqzadənin meyiti ailə üzvləri tərəfindən yaşadığı ünvanda ağacdan asılı vəziyyətdə aşkar edilib. 

Sakinlər bildiriblər ki, bu, şəhərin Dağdibi adlanan ərazisində son bir ayda baş verən üçüncü oxşar hadisədir.

Qeyd edək ki, o, Şəki Texniki Kollecinin məzunu olub.
OXŞAR XƏBƏRLƏR