Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonuna gedən kəsişmə nöqtəsində iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5-i yaralanıb.
Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir xəstəxanasında dünyasını dəyişib.
Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.
Maşınlardan birində toydan qayıdan hərbçilər olub.