Şəkidə yeznə qaynını öldürdü

Şəkidə yeznə qaynını öldürdü
SOSİAL
11:40 01.05.2017
1078

 

Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, aprelin 30-u axşam saatlarında rayonun Fazıl meşəlik ərazisində üzərində güllə yarası olan kişi meyiti tapılıb.

Ölən şəxsin İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Tofiq Məhyəddin oğlu Səfərov olduğu müəyyənləşib.

Araşdırma zamanı məlum olub ki, Tofiq Səfərovu Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən olan yeznəsi, 1960-cı il təvəllüdlü Vidadi Süphan oğlu Əliyev ov tüfəngi ilə qətlə yetirib.

Vidadi Əliyev tutulub, qətldə istifadə edilən ov tüfəngi ondan götürülüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. 

///APA
OXŞAR XƏBƏRLƏR