‘Seksual nəvazişlərdən istifadə edərək, uşaqları öz ‘ov’larına çevirirlər’ - ZORAKILIQ

SAĞLAMLIQ
14:10 04.04.2012
7587

Hazırda dünyada və ölkəmizdə zorakılıqla bağlı bir çox informasiyalarla qarşılaşırıq. Bəs görəsən zorakılıq özü nədir? Onu doğuran səbəblər nələrdir? AZXEBER.COM portalı bu suala cavab tapmağa çalışıb.

Zorakılıq – başqalarına münasibətdə müxtəlif məcburetmə formalarının tətbiq edilməsidir. Bu problem son dövrlərdə diqqəti daha çox cəlb etməyə başlamışdır. Adətən, psixoloqlar zorakılıq problemləri ilə rastlaşdıqda, abyuz ( ingilis dilində abuse – hərfiyyən “qeyri-normal istifadə” və ya “səndən sui-istifadə etmək” deməkdir) sözündən istifadə edirlər. Yəni sənin istəyinin əleyhinə olaraq, sənin razı olmadığın halda səndən istifadə edilməni bildirir.

Şərti olaraq zorakılığın üç əsas növünü fərqləndirirlər: seksual, fiziki və psixoloji.

Son zamanlar uşaqların zorlanması ilə xəbərlər artmaqdadır . Seksual zorakılıq (və ya sui-istifadə) dedikdə, yaşlı adamın seksual həzz almaq məqsədilə müxtəlif formalarda (cinsi əlaqəyə məcburetmə, zorlama, seksual şirnikləndirmə, əxlaqsızlığa məcburetmə və s.) uşaqdan istifadə edilməsi başa düşülür. Seksual zorakılığın ən qorxulu forması intsest və ya uşağın yaxın qohumlarının onunla cinsi əlaqədə olmasıdır. Zorakılığın bu formasına Azərbaycan mühitində nadir hallarda rast gəlinə bilərdisə indi təəssüf hisi ilə qeyd edək ki, çoxalmaqdadır.

Seksual zorakılığın baş verməməsi üçün uşaqlar erkən yaşlardan başlayaraq həyat təhlükəsizliyinin əsasları haqqında məlumatlandırılmalıdırlar. Çox vaxt yaşlılar uşaqların öz duyğularını yaxşı başa düşməməsi, onlarla yol verilə biləcək hərəkətlərin sərhədlərini, səmimi və qeyri-səmimi toxunmaların mənasını bilməmələri səbəbindən onlardan istifadə edirlər. Bu zaman yaşlı adam uşaqlar üçün maraq doğuran müxtəlif şirnikləndirmə vasitələrindən və seksual nəvazişlərdən istifadə edərək, uşaqları öz “ov”larına çevirirlər.

Uşaqlara münasibətdə seksual zorakılığın baş verməsi cəmiyyət üçün ciddi problemlər doğurur.

Çox vaxt uşaqlar müəyyən səbəblərə görə seksual zorakılıqla bağlı baş verənləri söyləməkdə çətinlik çəkirlər. Belə ki, uşaqlar:

özlərini baş verən hadisənin qurbanı deyil, bu hadisəyə görə günahkar bir şəxs kimi hiss edirlər;

böyüklərin onlara inanmayacaqlarından qorxurlar;

Bir tərəfdən onları incidənlərin hədə-qorxusuna inanırlar, digər tərəfdən də böyüklərə hörmət ruhunda tərbiyə olunduqlarından, oları incidən və hər şeyi gizli saxlamağı xahiş edən şəxslərə pislik etməkdən qorxurlar

Böyüklərin əhvalını pozmaq istəmirlər

“çirkin şeylər” haqqında danışmaq istəmirlər;

“boşboğazlıq” etməyə öyrədiliblər

Onlarla baş verən hadisəni təsvir etməkdə çətinlik çəkirlər;

Seksual zorakılığa məruz qalmış uşaqların davranışında müəyyən qüsurlar müşahidə olunur. Seksual zorakılığın uşağın davranışında təzahür edən tipik əlamətləri aşağıdakılardır:

Narahat yuxu, depressiya, pis iştah, yüksək əsəbilik, valideynlərin birinə gözlənilməz nifrət, passivlik, adamayovuşmazlıq, valideyinə bağlılığın yersiz təzahürləri, əvvəlki qorxu hisslərinin güclənməsi, yaxud yenilərinin üzə çıxması, gecə qarabasmaları, vaxtından əvvəl seksual dərketmə, zahiri görkəmdə dəyişiklik, yetkin olmayan hədsiz “uşaq” davranışı və s.

Bu əlamətlərdən bir qismi seksual zorakılıqdan dərhal sonra, digər qismi isə bir neçə ay və yaxud hətta ildən sonra üzə çıxa bilər. Uşaqların davranışında gözlənilməz vasitə ilə onların səbəbini müəyyən etməyə çmalışmaq lazımdır. Nəzərə almaq lazəmdır ki, uşaqlar başlarına gələn xoşagəlməz hadisə haqqında heç də həmişə danışa bilmirlər. Lakin baş verənlər, heç şübhəsiz ki, onların davranışında əks olunmaya bilməz. Uşağın davranışında yuxarıda saydığımız əlamətlərin təzahürü onların təcili olaraq başa düşülməyə və köməyə ehtiyacları olmasının siqnalıdır. Belə hallarda ilk növbədə valideynlər uşağa diqqətlə yanaşmalı və ona təzyiq etmədən, mülayimliklə baş vermiş hadisənin təfərrüatını soruşmağa çalışmalıdır. . Çox vacibdir ki, məsələyə yanaşmada yalnız qayğı və həmdərdlik ifadə olunsun.

Əksər hallarda uşaq bədənin zorlanmaya məruz qalmış hissəsinə qarşı xüsusilə həssas olur. Valideyn uşağın həssas yerlərinə toxunarkən, uşaq özünü narahat hiss etdikdə valideyn nəzakətli olmalıdır. Uşağın duyğularının başa düşüldüyünü tezliklə keçəcəyinə uşağı inandırmaq lazımdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb