Bu haqda AZXEBER.COM-a tanınmış teleaparıcı Zemfira Adıgözəlova məlumat verib.
Onun dediyinə görə, "Şərq gecəsi"ndə cazibədar şou nümayiş etdirəcək.
“Jumeirah Bilgah Beach Hotel”də baş tutacaq gecə barəsində aparıcı AZXEBER.COM-a bunları bildirib: “2 il əvvəl də Bakıda “Hilton Hotel”ində ilk “Şərq gecəsi” keçirildi. Həmin gecə də mənim təşkilatçılığımla baş tutmuşdu. Artıq bu demək olar ki, ənənəvi silsiləyə çevrilib. Bu 2-ci “Şərq gecəsi”dir. İlk gecədə Alla tamaşaçılara sürpriz etmişdi. Brilliant Dadaşovanın “vokaliz” kompozisiyasına oriental rəqs hazırlamışdı. Bunu tamaşaçılar çox yüksək qiymətləndirmişdi. 2-ci gəlişində isə, Alla Bakıya toya gəlmişdi. Röya və rəqqasə Fatimə, canlı efirdə qaval alətimizi çox bəyəndiyini deyən Allaya bu aləti hədiyyə göndərmişdilər.
Aparıcı deyib ki, bu dəfə də sürprizlər olacaq:
"Bu dəfə də məhz elə qavalla sürpriz hazırlanıb. Bir sözlə möhtəşəm şou olacaq”.
Qeyd edək ki, konsert avqustun 8-də “Jumeirah Bilgah Beach Hotel”də baş tutacaq.









