Azərbaycanda 23 yaşlı gənci sel apardı - FOTO

Azərbaycanda 23 yaşlı gənci sel apardı - FOTO
SOSİAL
00:10 30.06.2023
1909

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

AZXEBER.COM "metbuat.az”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

 


 

OXŞAR XƏBƏRLƏR