Sel fəlakəti yaşayan Şanlıurfada ilanlar peyda oldu - VİDEO

Sel fəlakəti yaşayan Şanlıurfada ilanlar peyda oldu - VİDEO
DÜNYA
00:10 16.03.2023
327
Şanlıurfanın Karaköprü rayonunda leysan yağışın təsirli olduğu seldən sonra küçələrdə ilanlar peyda olub. 

AZXEBER.COM xəbər verir ki, həmin anları vətəndaş mobil telefonu ilə lentə alıb.

Belə ki, Kahramanmaraşda 7,7 və 7,6 ballıq iki zəlzələ nəticəsində dağılan Şanlıurfaya bu dəfə sel suları gəlib. Dünən axşam saatlarında başlayan və bu gün də davam edən yağışın selə çevrilməsi nəticəsində şəhərdə 14 nəfər həyatını itirib. 

Bölgədən gələn görüntülər fəlakətin miqyasını üzə çıxarıb. 

Şəhərin Karaköprü rayonunda yük maşınlarının aşdığı və nəqliyyat vasitələrinin su altında qaldığı seldən sonra küçələrdə ilanlar görünüb. Vətəndaş həmin anları saniyə-saniyə lentə alıb.

Həmin görüntüləri təqdim edirik:

Ayşən
 

OXŞAR XƏBƏRLƏR