Sel Gilgilçay körpüsünü uçur, yol bağlandı

Sel Gilgilçay körpüsünü uçur, yol bağlandı
SOSİAL
23:55 06.04.2026
770
Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

AZXEBER.COM xəbər verir ki, əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR