Sel nəticəsində 42 nəfər həlak oldu

Sel nəticəsində 42 nəfər həlak oldu
DÜNYA
12:33 06.06.2023
210
Haitidə leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 42 nəfər həyatını itirib.

AZXEBER.COM xəbər verir ki, Haiti Mülki Müdafiə Agentliyinin məlumatına görə, ölkə boyu daşqınlar nəticəsində 13600-dən çox evə ziyan dəyib.

Güclü yağışların yaratdığı sel və torpaq sürüşmələrində 42 nəfər həyatını itirdiyi halda, 11 nəfər itkin düşüb, 85 nəfər yaralanıb.

Haiti Baş naziri Ariel Henry verdiyi açıqlamada hökumətin daşqınlardan zərər çəkənlərə kömək etmək üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR