Prezident İlham Əliyev “Ş.A.Məmmədovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb. AZXEBER.COM-un məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova “Şöhrət” ordeni ilə təltif edilib.