Səlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq etdi - FOTO

Səlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq etdi - FOTO
SOSİAL
18:00 24.12.2021
273
"Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq edib.

"Türkiyədə müalicə alan Qarabağ qazisi azərbaycanlı qardaşlarımızı Özdemir Bayraktar Milli İHA Ar-Ge və İstehsalat Kampusunda qonaq etdik. Şəhidlərimizi "Bir millət, iki dövlət” deyərək yad etdik. Şəhidlərimizin ruhu şad olsun!”, - deyə "Qarabağ Azərbaycandır” həştəqi ilə "Baykar”ın rəsmi "Twitter” hesabında qeyd edilib.

S.Bayraktar da "Twitter” hesabında qazilərlə fotolar paylaşıb.

Tvitində Azərbaycan və Türkiyə bayraqlarına yer verən Bayraktar qeyd edib:

"Əsirlikdə inləyən Vətənimiz üçün Qarabağdakı şəhidlərimizin ruhu ilə birlikdə bədənlərinin bir hissəsini əbədiyyətə yola saldılar... Eşq olsun Türk ordularına”, - deyə o paylaşımında yazıb.
 

OXŞAR XƏBƏRLƏR