AZXEBER.COM xəbər verir ki, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndi ərazisindən keçən Arpaçay çayında qeydə alınıb.
Hadisə yerinə cəlb olunan Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.











































