Selena Qomez "Rare Beauty" kosmetik brendi üçün tədbir keçirib və burada müğənni yeni məhsulunu təqdim edib.
AZXEBER.COM xəbər verir ki, tədbir aprelin 6-da Nyu Yorkda baş tutub.
Selena marketinq strategiyasının bir hissəsi olaraq, məhsul satışa çıxmazdan əvvəl bu gözəlliyi görmək üçün hər kəsi məhsulu sınamağa dəvət edib.
Məhsula uyğun geyim seçən ulduz, tədbirə çəhrayı rəngli geyimdə gəlib. O, romantik çiçəkli paltar, çəhrayı palto və çəhrayı hündürdaban ayaqqabılar, həmçinin gümüş sırğalar və üzüklər taxıb. Müğənni saçlarını isə 60-cı illərin dəbinə uyğun toplayıb.
Aysel