Selfi çəkdirmək istəyən qız öldü

DÜNYA
12:52 04.07.2015
2988
O, körpüdən yıxılıb.
Moskvada gənc qız selfi çəkdirməyə cəhd edən zaman körpüdən yıxılaraq ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, faciə Moskvanın mərkəzində Testovskaya küçəsi rayonunda saat təqribən 0:20-də baş verib.
Mənbə körpüdən yıxılmanın səbəbinin qızın söykənmək istədiyi hasarın sınıq olması ilə əlaqədar olmasını istisna etməyib.
Rusiya DİN-nin Moskva şəhəri üzrə Baş idarəsinin mətbuat xidməti hündürlükdən yıxılmaya xarakterik olan xəsarətlərin olduğu meyitin aşkar olunması faktını “İnterfaks”a təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR