"Selfi" çəkərkən arxada boğulan dostlarını görmədilər

MARAQLI
17:30 27.09.2017
1786
Hindistanda acınacaqlı hadisə baş verib. Banqalor Milli Kollecinin tələbəsi Vişvas adlı tələbə göldə çimərkən boğulub. Belə ki, dostları ilə piknik zamanı Vişvas dostlarından ayrılaraq çimməyə gedib. Bu zaman selfi çəkdirən tələbələr dostlarından birinin yanlarında olmamasının fərqinə varmayıb. Başları selfiyə qarışdığına görə onlar dostlarının yoxluğunu yalnızca şəkillərə baxdıqdan sonra biliblər.
 
Göldə boğulan Vişvasın dostları hadisə yerinə getdikdə oğlanın artıq həyatını itirdiyi məlum olub. 17 yaşlı tələbənin valideynləri övladlarının ölümündə, gölə girmək qadağan olunduğu halda buna maneə olmayan müəllimləri təqsirləndirib. Məktəb rəhbərliyi hadisəni araşdıracağına və günahkarları tapacaqlarına dair söz verib. /// primetime.az

OXŞAR XƏBƏRLƏR