Türkiyənin Bursa şəhərində bədbəxt bir hadisə baş verib
Türkiyənin Bursa şəhərində bədbəxt bir hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, selfi çəkdirmək üçün tikintinin üzərinə 2 gənc çıxıb. 6 metrdən hündürlükdən düşən 30 yaşındakı Xalis Türk hadisə yerində dünyasını dəyişib. 28 yaşındakı digər gənc Semih Altınayın isə qolu qırılıb.
Xatırladaq ki, İngiltərənin məşhur universitetlərindən Oxford "selfie" sözünü 2013-ci ilin sözü elan edib. Oxford Universiteti Nəşriyyatı, fotoşəkil paylaşma saytı Instagram və sosial paylaşma saytı Twitter üzvlərinin sayındakı artıma əsaslanaraq "selfie" sözünün istifadəsində böyük bir partlayış olduğunu açıqlayıb.
