“Selfie” çəkdirmək istəyi növbəti dəfə ölümlə nəticələndi - FOTO

“Selfie” çəkdirmək istəyi növbəti dəfə ölümlə nəticələndi - FOTO
DÜNYA
11:30 16.11.2022
758

Kişi qayalarda selfi çəkdirərkən yıxılaraq dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində baş verən faciəvi hadisədə 33 yaşlı kişi qayalıqda "selfie” çəkdirmək istəyərkən yıxılaraq ölüb.

"Selfie” çəkdirmək istəyərkən müvazinətini itirən və təxminən 10 metr hündürlükdən yıxılan Dias hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə gələn xilasedicilər onun cəsədini çıxarmaq üçün helikopterdən istifadə etməli olublar.

Ayşən

 


 

OXŞAR XƏBƏRLƏR