Selin Dion aylar sonra səhnəyə çıxdı

Selin Dion aylar sonra səhnəyə çıxdı
MAQAZİN
15:01 05.02.2024
194
Selin Dion səhhətində yaranan problemlər fonunda üç ay sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
 
AZXEBER.COM xəbər verir ki, o, Los-Ancelesdə keçirilən 66-cı Qremmi Mükafatlandırma gecəsinə qatılıb.
 
55 yaşlı müğənni ilk dəfə 27 il əvvəl aldığı "İlin Albomu" kateqoriyasında qalibi elan etmək üçün Crypto Arenada səhnəyə çıxıb və bu ilin mükafatını Taylor Sviftə təqdim edib.
 
Selin Dionun səhnəyə çıxması gurultulu alqışlarla qarşılanıb.

O, səhnədən "Hamınıza təşəkkür edirəm, sizi sevirəm. Burada olmaqdan xoşbəxtəm, həqiqətən bunu ürəkdən deyirəm" deyə bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR