Səlim Müslümov vətəndaşları qəbul edəcək - TARİX

SİYASƏT
18:04 06.11.2013
1336

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 15 noyabr 2013-cü il tarixdə Nazirliyin Qax rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Oğuz, Qəbələ, Şəki, Balakən və Zaqatala rayonlarının sakinləri üçün qəbul keçirəcəkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, qəbulda iştirak edəcək vətəndaşların Nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Qax rayonuna aparılıb gətirilmələri təmin ediləcəkdir.

Vətəndaşlar qəbula yazılmaq üçün [email protected]/* */ elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Nazirliyin Aparatında (012) 541 98 05,

Rayonlar üzrə Əhalinin sosial müdafiəsi mərkəzlərində:

Qax – (024-25) 5-21-25; 5-21-23,

Oğuz – (024-21) 5-21-71; 5-35-06,

Qəbələ – (024-20) 5-21-02; 5-21-03; 5-41-03,

Şəki – (024-24) 4-76-41; 4-28-95; 4-38-10,

Balakən – (024-29) 5-21-19; 5-21-09; 5-11-59,

Zaqatala – (024-22) 5-20-08; 5-53-74; 5-23-06.

OXŞAR XƏBƏRLƏR