Səlim Müslümova kütləvi şikayət - FOTOLAR

Səlim Müslümova kütləvi şikayət -  FOTOLAR
Bütün Xəbərlər
13:44 21.02.2014
1561
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov hazırda nazirliyin Sumqayıt şəhər şöbəsində vətəndaşlarla görüşür.
AZXEBER.COM 168saat.com saytına istinadən xəbər verir ki, S.Müslümova problemini çatdırmaq üçün görüşə yüzlərlə sakin gəlib. Lakin onların çoxu binaya daxil ola bilməyib. Qəbula düşə bilməyən sakinlərlə polislər arasında xırda problemlərdə yaranır. Qəbula gəlincə Səlim Müslümov şikayətçiləri bir-bir qəbul edir. Görüşdə nazir bildirib ki, şikayətlərin çoxu Sumqayıt şəhər İcra hakimiyyətinə ünvanlanıb. Nazir məsələ ilə bağlı şəxsən Eldar Əzizovla danışacağını da bildirib.
Qəbul hələ də davam edir. Nazir bildirib ki, avtomobili olan insanlara sosial yardım verilməyəcək. Bununla bağlı DYP ilə artıq əməkdaşlığa başlanılıb. May ayına qədər isə bütün növbədə olan əlillər avtomobillə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR