Səlim Müslümova qarşı ağır korrupsiya ittihamı

Səlim Müslümova qarşı ağır korrupsiya ittihamı
SİYASƏT
18:01 28.06.2013
5186

Fondun sözçüsü isə ittihamları rədd edir.

Vətəndaş Murad İmanov “Bizim Dövr” qəzetinin redaksiyasına şikayət ərizəsi ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinin ünvanına ağır ittihamlar səsləndirib.

AZXEBER.COM xəbər verir ki, qəzetin yazdığına görə, redaksiyaya ərizə ilə müraciət etmiş vətəndaş Murad İmanov özü də 2003-cü ildən DSMF-də müxtəlif rayon şöbələrinin rəisi işlədiyini qeyd edir. Belə ki, Xətai, Sumqayıt və Sabunçunun DSMF şöbəsinin rəisi olmuş bu şəxs daim Səlim Müslümov tərəfindən digər rayonlara nümunəvi rəis kimi göstərilmişdir. Həmin ərizədə M.İmanov bildirir ki, o, 2008-ci ildə DSMF-nin aparat rəhbəri Əjdər Cəbiyev tərəfindən kabinetə çağırlmış və burada ondan “işgüzar” təklif almışdır. M.İmanov yazır: “Həmin gün Əjdər Cəbiyev məni öz kabinetinə dəvət etdi. Burada o, mənə İri Sığortaedənlərlə iş üzrə Departamentin direktoru vəzifəsini təklif etdi. Bunun əvəzində isə mənə 120 min manat pul ödəməli olacağımı bildirdi. Mən bir neçə nəfərdən borc alaraq tələb olunan məbləği yığdım və gətirib Əjdər Cəbiyevə verdim. Həmin vaxtdan artıq beş il keçməsinə baxmayaraq, hələ də vəzifəyə təyin olunmamışam. Digər tərəfdən də Əjdər Cəbiyev aldığı pulu da geri qaytarmır, deyir ki, Səlim Müslümova vermişəm, ala bilmirəm”.

AZXEBER.COM-un məlumatına görə, məsələ bağlı Editor.az DSMF-nin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə danışıb. O, DSMF sistemində Murad İmanov adında adam tanımadığını və onun dediklərinin yalan, böhtan olduğunu qeyd edib. Fondun sözçüsü qeyd edib ki, əgər o dediklərini sübut edə bilərsə, mətbuata deyil, hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

OXŞAR XƏBƏRLƏR