Amerikada yüngül mühərrikli təyyarə nəhəng quşla toqquşub.
Pilot möcüzə nəticəsində sağ qalıb. İlkin məlumatlara görə, hava gəmisinə qaz hücum edib.
AZXEBER.COM Dni.Ru-ya istinadən xəbər verir ki, təhlükəli toqquşmanı təyyarənin salonunda quraşdırılan kamera qeydə alıb.
Floridadan olan pilot 300 metr hündürlükdə uçurmuş. Gözlənilmədən “PA-32” tipli təyyarənin kabinəsinə nəhəng quş girib. Quş təyyarənin ön şüşəsini qıraraq içəri daxil olub. Şüşəsi xıncım-xıncım olan hava gəmisinin kapitanı özünü itirməyib və sakit şəkildə təyyarəni yerə endirib.