“Space” TV-nin efirində yayımlanan “Sizinləyəm” verilişində maraqlı anlar yaşanıb.
AZXEBER.COM xəbər verir ki, verilişin bu günkü mövzusu heyvanların hüquqlarının qorunmasına həsr edilib.
Verilişdə qonaq qismində tanınmış aktrisa Naibə Allahverdiyeva və xalq artisti Səməd Səmədov da iştirak edib. Onlar öz evlərində saxladıqları heyvanlar haqqında tamaşıçalara məlumatlar veriblər.
Mövzu ilə bağlı danışan xalq artisti Səməd Səmədov heyvanlara qayğı ilə yanaşdığını söyləyib. Xalq artisti “bütün it-pişiklər məni tanıyır” fikri ilə heyavanlarla bağlı həssas olduğunu demək istəsə də, onun bu fikirləri birmənalı qarşılanmayıb və studiyadakıların gülüşünə səbəb olub.
Qeyd edək ki, veriliş həftənin 5 günü “Space”in efirində yayımlanır. Verilişi tanınmış aparıcı Xəyalə təqdim edir.