Xalq artisti Səməd Səmədov yeni layihə üzərində çalışır.
Bunu xalq artistinin prodüseri Rövşən Cəfərov deyib. O bildirib ki, S.Səmədov bundan sonra daha çox klassik mahnılara müraciət edəcək: “Səməd müəllim yeni layihə üzərində çalışır. Həmin layihədə klassik mahnılar yer alacaq. Artıq Səməd bəy bir neçə klassik mahnını ifa edib. İşlər bununla bitmir. Yeni klip çəkilişləri də nəzərdə tutulub. Xalq artisti bu gün musiqisi Telman Hacıyevə, aranjemanı Fərid Kərimliyə məxsus “Nərgizim” adlı mahnını dinləyicilərin ixtiyarına verdi. Bu mahnıdan bir müddət sonra yeni işimizi təqdim edəcəyik”.
S.Səmədov da fikirlərini bölüşüb: “Mən bu sənətə qalmaqalla yox, səsimlə gəlmişəm. Əgər bir insanın səsi varsa, gec-tez uğur qazanacaq. Hər il aşağısı bir hit mahnı oxuyuram. İfa etdiklərim mahnılar tamaşaçılar tərəfindən sevilir. Bu gün təqdim etdiyim “Nərgizim” adlı mahnının da seviləcəyinə inanıram”.