Səməd Səmədovun anım günüdür

Səməd Səmədovun anım günüdür
MƏDƏNİYYƏT
14:35 24.07.2025
301
Bu gün Azərbaycan estradasının sevilən müğənnisi Səməd Səmədovun anım günüdür.

ZXEBER.COM xəbər verir ki, Səməd Səmədov 1946-cı ildə Aşqabadda anadan olub. 1948-ci ildə baş verən zəlzələdən sonra ailəsi ilə birlikdə Bakıya, İçərişəhərə köçüb.

Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına musiqi məktəbinin nəzəriyyə sinfinə daxil olub.

1988-ci ildən Səməd Səmədov toylarda çıxış etməyə başlayıb.

O, 1992-ci ildə Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şeirinə bəstələdiyi mahnını ifa etdikdən sonra populyarlıq qazanıb.
 
"Toylar kralı" adını isə Səməd Səmədova 2000-ci ildə Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib.

O, müstəqil "Qrant" Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının ifaçısıdır. Beş albomu, 20 klipi var.

Səməd Səmədov 12 sentyabr 2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.

Müğənni 24 iyul 2021-ci ildə, 74 yaşında, koronavirus ağırlaşmasından sonra sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib.
 
Allah rəhmət eləsin!
 
Aysel
OXŞAR XƏBƏRLƏR