Səməd Seyidov AŞPA-da Qarabağla bağlı məruzə edib

Səməd Seyidov AŞPA-da Qarabağla bağlı məruzə edib
SİYASƏT
14:28 10.12.2014
1188
Avropa Şurasının Parisdəki ofisində AŞPA-nın siyasi məsələlər və demokratiya komitəsinin iclası keçirilib. 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AzərTAc-a müsahibəsində iclas barədə deyib: “Siyasi məsələlər və demokratiya komitəsinin iclası bizim üçün çox vacib idi. İclasda Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı məruzəçi, britaniyalı deputat Robert Valter ilkin təqdimat keçirdi və komitə üzvləri qarşısında qısa, amma çox mühüm məlumatlar verdi. O, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirdiyini diqqətə çatdırdı.
Ən əsası odur ki, məruzəçi komitə üzvlərini ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşü barədə məlumatlandırdı. Kasprşik bu görüş zamanı onun AŞPA-da məruzəçi kimi fəaliyyətə başlamasının Minsk qrupunda dəstəkləndiyini bildirib. Bununla da Ermənistan nümayəndə heyətinin dəfələrlə səsləndirdiyi “AŞPA Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməklə Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə mənfi təsir göstərəcək” fikri tamamilə ifşa olundu. Bu, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məsələ idi.
Valter həm Azərbaycana, həm də Ermənistana səfər etməsinə dair planlarını açıqladı. Böyük ehtimalla onun səfəri gələn ilin fevral ayına təsadüf edəcək. Bu da özlüyündə vacib məsələdir. Erməni tərəfi istəsə də, istəməsə də işğal zonası ilə bağlı məruzənin hazırlanmasında iştirak etməlidir. Əks halda onlar özlərini bir daha ifşa etmiş olacaqlar. Əminəm ki, onlar bu fikirdən daşınıb konstruktiv təklifə öz münasibətlərini bildirməlidirlər. Bunu etmədikləri təqdirdə AŞPA-da böyük problemlərlə qarşılaşacaqlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
16:09 13.03.2026
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
16:05 13.03.2026
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
15:59 13.03.2026
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
15:50 13.03.2026
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
15:42 13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
15:40 13.03.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
15:39 13.03.2026
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
15:38 13.03.2026
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
15:35 13.03.2026
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək