Səməd Seyidov və Azay Quliyev Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcəklər

Səməd Seyidov və Azay Quliyev Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcəklər
SOSİAL
18:04 26.08.2016
1573
Azərbaycan Milli Məclisinin deputatları Səməd Seyidov və Azay Quliyev avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar.
Bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.
Səfərdə məqsəd ölkənin paytaxtı Astana şəhərində keçiriləcək “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda iştirak etməkdir.
Səməd Seyidov tədbirdə Milli Məclisi komitə sədri, Azay Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edəcəklər. Konfrans çərçivəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov “Nüvə silahları və ya müharibə olmadan təhlükəsizlik” mövzusunda paneldə çıxış edəcək.
A.Quliyev konfransın plenar iclasında ATƏT PA-nın adından çıxış edəcək və konfransın mövzusu ilə əlaqədar təşkilatın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdıracaq.
Qazaxıstan səfəri zamanı S.Seyidovun Qazaxıstan Senatının xarici əlaqələr komitəsinin sədri İkram Adirbekov və Rusiyanın Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycanla Qazaxıstan və Azərbaycanla Rusiya arasında parlamentlər səviyyəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq imkanları və perspektivləri müzakirə ediləcək.
Səfər çərçivəsində A. Quliyevin bir sıra ikitərəfli görüşləri, o cümlədən Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşü nəzərdə tutulub. A. Quliyevin Qazaxıstan Senatının sədri ilə görüşü zamanı ilk növbədə bu ölkə ilə ATƏT PA arasında mövcud münasibətlərin durumu və gələcək perspektivləri müzakirə ediləcək.
Görüş çərçivəsində həmçinin Azərbaycanla Qazaxıstan parlamentlərarası ikitərəfli münasibətlər, o cümlədən ATƏT PA çərçivəsində Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında tərəfdaşlıq, bu tərəfdaşlığın daha da gücləndirilməsi və əlaqələrin daha sıx koordinasiya edilməsi məsələləri müzakirə ediləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır