Şəmkir-Gədəbəy yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Şəmkir-Gədəbəy yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb
SOSİAL
22:55 16.09.2017
1043
Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
AZXEBER.COM-un məlumata görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Nissan Tide” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Yaralılardan bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
apa.az
OXŞAR XƏBƏRLƏR