Şəmkir rayonunda elektriki cərəyan vurub

Şəmkir rayonunda elektriki cərəyan vurub
SOSİAL
18:30 21.05.2017
1140
Şəmkir rayonunun İrmaşlı kəndində elektriki cərəyan vurub.
 
AZXEBER.COM-un məlumatına görə, 1957-ci il təvəllüdlü kənd sakini Əhmədov Vaqif Məzahir oğlu təmir aparılan evdə elektrik işi görən zaman onu cərəyan vurub.
 
Ağır xəsarət alan elektrik yaxınlıqdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən V.Əhmədovun vəziyəti ağırdır.
 
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.
 
Report.az
OXŞAR XƏBƏRLƏR