Şəmkir sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Şəmkir sakini naməlum şəxs tərəfindən bıçaqlanıb
SOSİAL
06:06 16.06.2017
1316
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
AZXEBER.COM xəbər verir ki, rayonun Talış kənd sakini, 1972-ci il təvəllüdlü Mehdiyev Həbib Əli oğlu bıçaqlanıb.
 
Qarın nahiyəsindən bıçaq yarası almış yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat edilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
 
H.Mehdiyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR