Şəmkirdə 22 yaşlı gənci qatar vuraraq öldürüb

Şəmkirdə 22 yaşlı gənci qatar vuraraq öldürüb
SOSİAL
08:56 08.09.2026
50
Şəmkirdə gənc oğlanı qatar vurub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Sabirkənd kənd sakini, 2004-cü il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.

Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR